Another advertisement
Üçüncü gündür axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi Şovidə təbii fəlakət nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.
Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Temur Mqebrişvili təsdiqləyib.
Qeyd edək ki, avqustun 3-də Şovda sürüşmə baş verib. Əldə olan məlumata görə, təbii fəlakət bölgəsində 18 nəfərin axtarışı davam edir. Gürcüstanda 7 avqust matəm günü elan edilib.