Şovidə təbii fəlakət zonasında axtarışların aparıldığı ərazi genişləndirilib

0

Oni Munisipalitetində, təbii fəlakət bölgəsində həm canlı qüvvə, həm ağır texnika, həm də üzən vasitələrlə axtarış işləri aktiv şəkildə davam edir. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda axtarışların aparıldığı ərazinin genişləndirildiyi deyilir.

“Axtarış işlərinə cəlb olunmuş xilasedici qayıqlar vasitəsilə çayın və onun ətraf ərazilərinin aktiv monitorinqi aparılır. İşlərə polis bölmələri, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən- xilasediciləri, bir qrup kinoloq, Müdafiə Nazirliyi və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin əməkdaşları da cəlb olunub. Bölgədə pilotsuz təyyarələr və xüsusi texnika işləyir.

Hazırda xilasedicilər tərəfindən təbii fəlakət bölgəsində 24 nəfərin cəsədi tapılıb, 9 nəfərin axtarışları davam etdirilir”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

0
0
Sonrakı yazı
Qomelauri: “Fəlakət bölgəsinin demək olar ki, 60 faizi artıq yoxlanılıb”
Öncəki yazı
Çin ABŞ-ı Tayvan boğazında gərginlik yaratmaqda ittiham edib