This is a specific ad

Şovi fəlakətində ölənlərin ümumi sayı məlum olub

17

Another advertisement

“Xilasedicilər Şovidə, təbii fəlakət zonasında iki nəfərin cəsədini aşkar ediblər”.

QafqazTürk.com xəbər verir ki, bunu Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili eyib.

Onun sözlərinə görə, dağıntılar altında iki nəfər qalıb və onların axtarış-xilasetmə əməliyyatları hələ də davam etdirilir.

Bildiyiniz kimi, axtarış-xilasetmə əməliyyatı intensiv şəkildə davam edir. Bu gün təbii fəlakətin episentrindən 40 kilometr aralıda, Sori kəndi yaxınlığında bir kişinin, başqa bir yerdə isə yeniyetmənin meyitləri tapılıb. Bundan əlavə, bilirsiniz ki, fəlakət yerində yoxlamalar aparılır. Hazırda əməliyyat-axtarış tədbirləri fəal şəkildə davam etdirilir. İki nəfər qalıb və biz axtarış-xilasetmə əməliyyatını dayanmadan, intensiv olaraq davam etdiririk”, – deyə Temur Mğebrişvili bildirib.

Məlumat üçün bildirək ki, təbii fəlakət zonasında ölənlərin sayı 31-ə çatıb.

Sonrakı yazı
“Qarabağ” ilk oyunda qələbə qazandı – Avropa Liqası
Öncəki yazı
Gürcüstanın şəkər idxalı bahalaşıb