This is a specific ad

Şovi faciəsi ilə əlaqədar cinayət işi açılıb

33

Another advertisement

Şovi kurort şəhərində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar cinayət işi açılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Teymuraz Mğebrişvili məlumat verib.

O qeyd edib ki, Gürcüstan Cinayət Məcəlləsinin 116-cı (ehtiyatsızlıqdan ölümə səbəb olmaq) və 240-cı (mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başladılıb.

Xatırladaq ki, avqustun 3-də Gürcüstanın qərbində, Raça yüksək dağlıq rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində Şovi kurort mərkəzi tamamilə məhv olub. Təbii fəlakət nəticəsində 18 nəfər həyatını itirib, 16 nəfər isə itkin düşmüş hesab edilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İsveçrədə 3 nəfər Gürcüstan vətəndaşı saxlanılıb
Öncəki yazı
İtaliyada Gürcüstan vətəndaşı saxlanılıb