Another advertisement
Türkiyə Superliqası təmsilçisi “Fatih Karagümrük”ün yeni baş məşqçisi müəyyənləşib.
QafqazTürk.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yazılıb.
Məlumata əsasən, vəzifəyə Şota Arveladze təyin olunub. Gürcüstanlı mütəxəssislə razılığa gəlindiyi vurğulanıb.
Qeyd edək ki, Ş.Arveladzenin son klubu İngiltərə Çempionşip təmsilçisi “Hall Siti” olub.
Xatırladaq ki, “Fatih Karagümrük” baş məşqçisi Alparslan Erdemlə yolları ayırıb.