This is a specific ad

SOSİAL YARDIM ALAN AİLƏLƏRİN NƏZƏRİNƏ!

61

Another advertisement

İyul 1-dən sosial cəhətdən həssas uşaqlara aylıq 200 lari yardım göstəriləcək.

QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili hökumət iclası başa çatdıqdan sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Azaraşvili açıqlamasında qeyd edib ki, bu proqram üçün cari ilin büdcəsinə 70 milyon lari əlavə olunacaq.

Bu ilin iyul ayından sosial cəhətdən həssas uşaqlara yardım 200 lari olacaq. Ümumilikdə bu ilin büdcəsinə 70 milyon lari əlavə olunacaq və biz artıq bu uşaqlara 200 lari yardım edəcəyik. Ümumilikdə, sosial cəhətdən həssas uşaqlar üçün 200 lari yardımın ödənilməsinə yarım milyard lariyə qədər vəsait ayrılacaq”, – Azaraşvili bildirib.

Qeyd edək ki, bu qərara qədər sosial cəhətdən həssas uşaqlara aylıq 150 lari yardım göstərilirdi.

Sonrakı yazı
MÜSTƏQİL GÜRCÜSTANIN TARİXİNDƏ İLK DƏFƏ! – Paytaxt Tbilisidə “Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı” keçiriləcəkdir – ƏTRAFLI
Öncəki yazı
YENİ QƏRAR! Dövlət bu əməliyyatı tam maliyyələşdirəcək – ƏTRAFLI