Sorğu: Gürcüstan vətəndaşlarının əksəriyyəti vizasız gediş-gəlişin dayandırılmasında məsuliyyəti “Gürcü arzusu”nda görür

50

CRRC-Gürcüstanın 2025-ci ilin avqustunda keçirdiyi telefon sorğusunun nəticələrinə görə, respondentlərin 51 faizi Aİ-yə vizasız gediş-gəlişin dayandırılmasında hakim “Gürcü arzusu” partiyasını və Bidzina İvanişvilini günahlandırır.

Sorğuda iştirak edənlərin 13 faizi məsuliyyəti Avropa İttifaqının, 5 faizi isə müxalifətin üzərinə qoyub. 1 faiz ABŞ və Rusiyanı, 3 faiz isə digər qüvvələri məsuliyyətli hesab edib. Respondentlərin 24 faizi isə bu suala cavab verə bilməyib.

Məlumatlara görə, 18-34 yaşlı gənclər “Gürcü arzusu”nu yaşlı nəsildən daha çox məsuliyyətli görürlər. Paytaxt Tbilisi sakinləri də bölgələrdə yaşayanlardan fərqli olaraq, hakim komandanı daha çox günahlandırırlar.

Respondentlərin 78 faizi hesab edir ki, vizasız gediş-gəlişin dayandırılması Gürcüstan vətəndaşları üçün zərərli olacaq. 14 faiz bunun heç nəyi dəyişməyəcəyini düşünür.

CRRC -Gürcüstanın məlumatına əsasən, sorğu 8–12 avqust 2025-ci il tarixlərində Computer Assisted Telephone Interview (CATI) üsulu ilə aparılıb. Təsadüfi şəkildə seçilmiş telefon nömrələri əsasında 1333 nəfər respondentlə müsahibə keçirilib. Nəticələr Gürcüstanın gürcüdilli yetkin əhalisini təmsil edir. Sorğunun orta səhv marjası 1,56 faiz təşkil edir.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Marneuli bələdiyyəsi fərqlənən məktəb məzunları üçün xüsusi tədbir təşkil edir- DAHA ƏTRAFLI 
Öncəki yazı
Ombudsman: 2024-cü ildə 10 mindən çox şagird məktəbdən kənarda qaldı