This is a specific ad

Sopo Rusecki: “Birmənalı olaraq erkən nikahın etnik azlığın problemi olduğunu deyə bilmərik”

65

Another advertisement

“2022-ci ilin statistikasına nəzər salsaq, birmənalı olaraq erkən nikahın etnik azlığın problemi olduğunu deyə bilmərik. Bu göstərici İmereti və Tiflisdə də çox yüksək olub”

Qafqaztürk xəbər verir ki, bu sözləri Gürcüstanın Xalq Müdafiəsi İdarəsinin Gender Departamentinin rəhbəri  Sopo Rusecki deyib.

“Kvemo Kartlidəki kimi etnik azlıqların çox olmadığı İmereti və Tbilisidə bu göstərici çox yüksək olub. Burada yenə də stereotiplərlə, gender normaları ilə qarşılaşırıq, bu istiqamətdə çox iş gedir. Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitə ölkəmizi bu stereotiplərin xüsusilə güclü olduğu regionlarda fəaliyyətini gücləndirməyə çağırıb. Erkən yaşda nikah hallarına Kaxeti bölgəsində də rast gəlinir” -Sopo Rusecki bildirib

Kateqoriya: Gündəm
Sonrakı yazı
Burun tutulmasını necə aradan qaldırmaq olar? – HƏKİM RƏYİ
Öncəki yazı
17 oktyabr Gürcüstanda Veteranlar Günüdür