Another advertisement
Növbəti iki gündə ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata əsasən, qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Sinoptiklərin məlumatına görə, oktyabrın 19-dan 23-dək hava əsasən günəşli keçəcək, temperatur göstəriciləri 2-3 dərəcə artaraq gecə +7, +9, gündüz isə +19, +22 dərəcə isti təşkil edəcək.