This is a specific ad

Son İran şahının oğlu Pəhləvi İsraildə “Mahsa Emini” etirazlarına dəstək axtarır

27

Another advertisement

Son İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İsraildəki çıxışında ölkəsindəki “Mahsa Emini” etirazlarına dəstək istəyib.

Qeyd edək ki, Sentyabrın 13-də paytaxt Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən 22 yaşlı Mahsa Emininin nəzarətə alındı. Xəstəxanaya aparılan 22 yaşlı Mahsa Emininin sentyabrın 16-da ölməsi isə ölkədə hökumətə qarşı böyük etirazlara səbəb oldu.

“Mən İran xalqına azadlıq mübarizəsində necə dəstək ola biləcəyimizi daha yaxşı başa düşmək üçün buradayam”. -Pəhləvi dünən Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib

İsrailin kəşfiyyat naziri Gila Qamlielin də qatıldığı iclasda Pəhləvi “İrandakı mövcud rejimə son qoymaq üçün bu etirazlar beynəlxalq səviyyədə dəstəklənməlidir” – deyə qeyd edib.

62 yaşlı Pəhləvi “cinayətkar və zülmkar” adlandırdığı Tehran administrasiyasına qarşı sanksiyaların artırılmasını və İran xalqına dəstəyin gücləndirilməsini tələb edib. Qeyd edək ki, Pəhləvi bazar ertəsi günü “İran xalqının dostluq mesajını çatdırmaq və Holokost qurbanlarına ehtiramlarını bildirmək üçün” İsrailə gedəcəyini açıqlamışdır.

Qamaliel səfər zamanı deyib: “Bu gün biz iki xalq arasında əlaqələri bərpa etmək üçün ilk addımı atırıq”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani isə deyib ki, Pəhləvinin səfəri müzakirə olunmağa dəyməz: “Nə qeyd etdiyiniz şəxs, nə səfərin məqsədi, nə də səfəri yeri müzakirə etdilməyə dəyilməz”.

Qeyd edək ki, Rza Pəhləvi 17 yaşında hərbi uçuş məktəbində oxumaq üçün ABŞ-a getdi və qısa müddət sonra baş verən İran İslam İnqilabından ABŞ-dan ölkəsinə qayıda bilmədi. Hazırda ABŞ-da yaşayan Pəhləvi bir müddətdir ki, İrandakı dini rejimi parlament monarxiyası ilə əvəz edəcək dinc inqilabları təbliğ edir.

Pəhləvilər 1979-cu ildə İran İslam İnqilabından sonra sürgün edilərkən, yeni rejim İsraillə bütün diplomatik və iqtisadi əlaqələri kəsdi.

“Mahsa Emini” etirazları

Sentyabrın 13-də paytaxt Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən nəzarətə alındıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Emininin sentyabrın 16-da ölməsi ölkədə hökumətə qarşı böyük etirazlara səbəb oldu.

Polis Emininin dindirilmə zamanı səhhətindəki problemlərə görə xəstələndiyini, əleyhdarları isə gənc qadının işgəncələrə məruz qalaraq öldüyünü iddia edib.

Etirazlar birinci dövrdəki kimi gərgin olmasa da, yenədə davam edir. ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Agentliyi fevralın 20-də son məlumatlarını açıqlayıb. Onların açıqlamasına görə nümayişlərdə 530 nəfər həyatını itirib, 19 min 763 nəfər isə nəzarətə alınıb. Onlardan 181-i 18 yaşdan aşağıdır. 105 nəfər ölüm cəzası təhlükəsi altındadır.

Tehran administrasiyası da etirazları ABŞ və İsrailin təhrik etdiyini iddia edib. Böyük Britaniyada yerləşən Amnesty International təşkilatı da həbsdə olan uşaqların işgəncələrə məruz qaldığını iddia edib.

İstinadlar: Independent Türkçe, France 24, Amnesty

Sonrakı yazı
Malatyada zəlzələ baş verib
Öncəki yazı
Onkoloji xəstələrin müalicəsi tam şəkildə maliyyələşdiriləcək