Hindistan və Pakistan arasında vəziyyət gərginləşib.
Pakistan üç şəhərinə endirilən raket zərbələrinə cavab olaraq Hindistandakı hədəfləri vurub. Pakistanın Hindistanın nəzarətində olan Kəşmir bölgəsinə hücumu nəticəsində 3 nəfər həlak olub.
Pakistanda cavab atəşi qərarı Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib. Bu hücum nəticəsində 8 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Hadisə ilə əlaqədar Pəncab əyalətində fövqəladə vəziyyət elan edilib. Bu səbəbdən Hindistan ölkənin səkkiz hava limanında uçuşları ləğv edib, Pakistanda da uçuşlar dayandırılıb.