SON DƏQİQƏ! “Vaqner”lə rus ordusu arasında döyüş başladı – VİDEO

13

Hazırda Voronejdə “Vaqner” və Rusiya ordusu arasında şiddətli döyüşlər gedir.

QafqazTürk.com xəbər verir ki, bununla əlaqədar videokadrlar yayılıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Moskvadan cənuba gedən bütün yollar bağlandı
Öncəki yazı
“Vaqner” liderindən rus generala: “Siz dinc əhaliyə atəş açırsınız”