Another advertisement
Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Rusiya rəsmi portalında dərc olunan fərmana əsasən, qərar 2023-cü il mayın 15-dən qüvvəyə minir.
Sənədə əsasən, Gürcüstan vətəndaşları həmin şəxsin şəxsiyyətini təsdiq edən etibarlı sənədlər (Gürcüstan vətəndaşının pasportu, diplomatik pasport, xidməti pasport, dənizçi kitabçası, səyahət sənədi) əsasında viza vermədən Rusiya ərazisinə giriş-çıxış edə biləcəklər. Fərmana əsasən Rusiyada 90 gün vizasız qalmaq mümkün olacaq.