This is a specific ad

Son Dəqiqə! Paytaxtda genişmiqyaslı etiraz aksiyası elan edildi

18

Another advertisement

24 noyabr saat 21:00-də genişmiqyaslı etiraz aksiyası baş tutacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə hazırda paytaxtda baş verən aksiyada çıxış edən “Vahid Milli Hərəkat” partiyasının liderlərindən olan Giorgi Vaşadze elan edib.

Vaşadzenin sözlərinə görə, aksiyaya bölgələrdən də vətəndaşlar qoşulacaq.

“Bildiyiniz kimi, bu gün saat 22:00-a qədər burada olacağıq. Mən indi 24 və 25 noyabr tarixləri ilə bağlı Qərbpərəst müxalifətin ümumi bəyanatını təqdim etmək istəyirəm.

24 noyabr saat 21:00-da hamımız ‘Respublika Meydanında’ toplaşırıq. Paralel olaraq, bölgələrdən planlaşdırılmış yürüşlər bizə qoşulacaq. Toplantıdan sonra Gürcüstan parlamentinə doğru piyada yürüş edib və elə orada gecələməyi planlaşdırırıq. Qərbi Gürcüstandan gələn avtomobillər ‘Respublika meydanına’, Şərqi Gürcüstandan olan avtomobillər isə ‘Azadlıq meydanına’ toplaşacaq. Təxminən iki saat ərzində Tbilisi boyunca avtomobillərlə yürüş təşkil ediləcək ki, bu vasitə ilə şəhəri bir daha oyandıraraq hər kəsi Rustaveli prospektinə gəlməyə səsləyəcəyik!

Bir daha, özlərini ‘Gürcü Arzusu’ adlandıran hökumətə bildirmək istəyirik ki, əgər onlar [25 noyabr parlamentdə] toplantı keçirməyə qərar versələr, bu, yalnız özlərini bəyan edən şəxslərin yığıncağı olacaq və bundan artıq heç nə. Bu, nə Gürcüstanla, nə konstitusiya ilə, nə də parlamentlə bağlı olacaq” , – deyə Giorgi Vaşadze qeyd edib.

Bundan əlavə, o, vətəndaşları bazar ertəsi günü parlament qarşısında planlaşdırılan aksiyaya qoşulmağa çağırıb.

“Ən vacib olanı budur ki, bütün vətənpərvər gürcülərdən xahiş edirəm: bazar ertəsi günü işdən icazə alın, həmin günü özünüz üçün tətil elan edin, bir günlük məzuniyyət götürün və bu günü Gürcüstanımıza, vətənimizə həsr edin. – deyə o, qeyd edib.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Bu ölkədə elektron siqaret qadağan edildi
Öncəki yazı
Mark Rutte Donald Trampla görüşüb