This is a specific ad

Son Dəqiqə: Avropa Şurasının Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib

42

Another advertisement

Son Dəqiqə: Avropa Şurasının Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib.

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Gürcüstanda qarşıdakı aylarda yeni parlament seçkilərinin keçirilməsinə çağırış edən qətnamə qəbul edib.

Sözügedən qərar üçün səsvermə AŞPA-nın iclasında baş tutub.

QafqazTürk Media xəbər verir ki, 134 deputatdan 114-ü qətnamənin lehinə səs verib, 13 deputat əleyhinə çıxıb, 7-si isə bitərəf qalıb.

AŞPA Gürcüstan nümayəndə heyətinin mandatlarının nəzərdən keçirilməsi və ölkədə ümumi vəziyyətin qiymətləndirilməsi şərtləri daxilində bu mandatları 2025-ci ilin aprel ayına qədər ratifikasiya etməyi qərara alıb.

Qətnamədə deyilir ki, AŞPA Gürcüstan rəsmilərindən bütün siyasi və ictimai qüvvələrin, o cümlədən iqtidar, müxalifət və vətəndaş cəmiyyətinin iştirakı ilə hərtərəfli və inklüziv bir prosesin dərhal başlanmasını tələb edir. Buna səbəb isə son parlament seçkilərində qeydə alınan çatışmazlıq və pozuntuların aradan qaldırılması və növbəti aylarda elan ediləcək yeni parlament seçkiləri üçün demokratik seçki mühitinin yaradılmasıdır.

Bundan əlavə, AŞPA Gürcüstan rəsmilərindən ölkənin Avropa inteqrasiya yolunu bərpa etməyə yönəlmiş təxirəsalınmaz və təsirli addımlar atmağı və bu istiqamətdə vacib islahatları sürətləndirməyi tələb edir.

Həmçinin, polis zorakılığına və insan haqları pozuntularına dərhal son qoyulması, bu hadisələrin effektiv araşdırılması, etirazçılar, jurnalistlər və vətəndaş cəmiyyəti liderlərinin saxlanılması və onlara qarşı məhkəmə proseslərinin siyasi təzyiq vasitəsi kimi istifadəsinə son qoyulması tələb edilir.

Sonrakı yazı
Putinlə Paşinyan arasında sərt telefon danışığı baş tutub
Öncəki yazı
Polis Acara Hökumət Evi yaxınlığında etirazçılar tərəfindən qurulan çadırı söküb – Səs-küy hələ də davam edir