Son Dəqiqə! Müxalifət bu tarixə aksiya elan etdi

266

Another advertisement

Müxalifət 4 noyabr saat 19:00-da Rustaveli prospektində aksiya keçirməyi planlaşdırır.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Anna Dolidze keçirilən mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, bu gün Parlament seçkilərinin nəticələrini tanımayan müxalifət partiyalar/koalisiyalar “Güclü Gürcüstan” koalisiyasının mərkəzi qərargahında toplanıb fəaliyyət planı tərtib ediblər.

Görüşün ardından kameralar qarşısına keçərək xüsusi brifinq keçirən müxalifət liderləri əhalini genişmiqyaslı aksiyaya qoşulmağa çağırıblar.

“Biz bazar ertəsi, saat 19:00-da Rustavelidə toplaşacağıq və orada qanuna uyğun, hüquqi, sülh yolu ilə, amma təşkilatlanmış şəkildə etirazımızın necə davam edəcəyini ətraflı olaraq bildirəcəyik” , – deyə Anna Dolidze qeyd edib.

“Güclü Gürcüstan”ın ofisində keçirilən müxalifət görüşündə “Vahid Milli Hərəkat”, “Dəyişiklik üçün Koalisiya” və “Güclü Gürcüstan”ın liderləri iştirak ediblər. Görüşdə yalnız “Qaxaria Gürcüstan üçün” partiyası iştirak etməyib.

Sonrakı yazı
“Temu” məhkəməyə verilib
Öncəki yazı
“Biz küçəyə çıxaraq mübarizəmizə davam edəcəyik”-Elene Xoştariya