Kvemo Kartli qubernatorunun birinci müavini Qiorqi Şinjikaşvili istefa verib. Bu barədə Şinjikaşvili Facebook səhifəsində yazıb.
Qeyd etdiyi kimi, o, öz qərarı ilə tutduğu vəzifədən istefa verib.
“Kvemo Kartli əyalət qubernatorunun birinci müavini vəzifəsində 4 il işlədikdən sonra şəxsi qərarımla vəzifəmi tərk edirəm.
Hər bir bələdiyyəyə məsuliyyətli işinə, bütün dövlət qulluqçularına dostluqlarına və ölkəyə ləyaqətli xidmətlərinə görə təşəkkür edirəm. Dəstəyinizə və sədaqətinizə görə minnətdaram. Həmişə olduğu kimi, mən ölkənin və millətin xidmətində qalacağam,”- Qiorqi Şinjikaşvili qeyd edib.