SON DƏQİQƏ: İrandan Azərbaycanla bağlı rəsmi açıqlama

0

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran-Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib.

QafqazTürk xəbər verir ki, bu barədə fars mətbuatı məlumat yayıb.

Məlumata görə, İran XİN rəhbəri düşmənlərin İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalandığını deyib.

Qeyd edək ki, Azərbaycan XİN-in dünən yaydığı məlumata əsasən, 7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını qeyd ediblər.

Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
9 Aprel – Günlük ulduz falı
Öncəki yazı
Ət və yumurta satışı obyektlərinə baxış keçirilir