Another advertisement
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, son bir həftə ərzində Kursk bölgəsində 1000-dən çox Şimali Koreya əsgəri ölüb və ya yaralanıb.
Kirbinin sözlərinə görə, Şimali Koreya bölmələri Kursk vilayətində Ukraynanın mövqelərinə “dalğalı hücumlar” həyata keçirir, lakin heç bir nəticə yoxdur.
“Aydındır ki, Rusiya və Şimali Koreyanın hərbi rəhbərləri bu əsgərlərə əvvəldən qurban kimi yanaşır və Ukrayna müdafiəsinə ümidsiz hücumlar əmri verirlər”, – Kirbi bildirib.