This is a specific ad

Şolts: “Ukrayna müharibə bitdikdən sonra Avropa İttifaqına üzv olacaq”

26

Another advertisement

“Ukrayna müharibə bitdikdən sonra Avropa İttifaqına üzv olacaq.”

QafqazTürk xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts Sosial Demokrat Partiyasının 160 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Bununla yanaşı, kansler Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcəyini açıqlayıb.

“Putinin öz imperialist çılğınlığını gücləndirmək üçün yazdığı qitəmizin acı tarix səhifəsi Avropa İttifaqına tamhüquqlu üzv dövlət kimi yüksələn azad Ukrayna ilə nəticələnəcək”, – Şolts bildirib.

O bildirib ki, Sosial Demokrat Partiyası birmənalı olaraq Ukraynanı dəstəkləməlidir, çünki keçmiş kansler Villi Brandt sayəsində gücdən istifadə etməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü və xalqların özmüqəddəratını təyin etmə hüquqları haqqında prinsiplər Avropada bu gün etibarlıdır.

“Biz sosial demokratlar bu prinsipləri dərin inamla müdafiə edirik” -deyə Şolts qeyd edib.

Sonrakı yazı
Kaxetidə Özbəkistan vətəndaşı öldürülüb
Öncəki yazı
Etirazlardan sonra hökumət nadir xəstəliklər üzrə dövlət proqramına axondroplaziyanı əlavə edib – ƏTRAFLI