Şokoladın zərərləri açıqlanıb

60

Təbiət Elmləri fakültəsinin dekanı İrina Lyalina bildirib ki, şokolad – xüsusilə südlü və ağ növləri – yüksək şəkər və kalori səbəbilə piylənmə və digər sağlamlıq problemlərinə yol aça bilər.

Bu barədə məlumatı Medicina.az məlumat yayıb.

Onun sözlərinə görə, şokoladdakı kofein və teobromin yüksək təzyiq, yuxusuzluq və ürək döyüntüsünü artırır. Bəzi komponentlər allergiya və qida asılılığı da yarada bilər.

O, yalnız 70%-dən yuxarı kakao tərkibli tünd şokoladın (20-30 qram) gündəlik məhdud miqdarda qəbulunu tövsiyə edib.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
31 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
“Gürcüstan Dəmir Yolları” işçiləri istiyə görə tədbir görülməsini tələb edirlər