Another advertisement
Son bir ildə kakaonun qiymətində 115% artım müşahidə olunur.
QafqazTürk Media xəbər verir ki, Qərbi Afrikada məhsulun azaldılması kakaonun qiymətinin artmasına səbəb olub ki, bu da beynəlxalq bazarda qıtlıq yaradıb.
Onu da qeyd edək ki, kakaonun ən çox istehsal olunduğu Qana və Kot-d’İvuarda quraqlıq səbəbi ilə kakao qıtlığı yaranıb ki, bunun da nəticəsində kakao məhsuluna ziyan dəyib.
Mütəxəssislərin fikrincə, cari mövsümdə 375 min ton kakao qıtlığı yaranacaq və bu proqnoz özünü doğrultsa, bazarda planetin son 65 ildə görmədiyi qədər kakao qıtlığı baş verəcək. Bütün bunlar, əlbəttə ki, şokolad və şirniyyatların qiymətlərinin bahalaşmasına da təsir edəcək.