Soğan niyə bahalaşdı?

1

Ötən ilin müvafiq dövrü ilə müqayisədə mart ayında soğanın qiyməti 110,7% bahalaşıb.

QafqazTürk.com xəbər verir ki, aprel ayında soğanın qiymətinin nə qədər artdığı barədə rəsmi məlumat dərc olunmasa da, piştaxtalarda soğanın qiyməti xeyli artıb və orta hesabla 5 lari təşkil edir.

Kənd təsərrüfatı bazarlarında qiymət artımının əsas səbəbi kimi idxalın azalması göstərilir.

Bu ilin 3 ayında Gürcüstan 2,7 milyon ABŞ dolları dəyərində 7220 ton soğan alıb ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən demək olar ki, fərqlənmir. 2022-ci ilin yanvar-mart aylarında isə ölkəyə 2,4 milyon ABŞ dolları dəyərində 7744 ton məhsul daxil olub lakin 3 aylıq göstəricidən fərqli olaraq mart ayında idxal kəskin şəkildə azalıb. Ötən ay Gürcüstana 347,9 min ABŞ dolları dəyərində 919,7 ton soğan, ötən ilin eyni ayında isə 1,03 milyon ABŞ dolları dəyərində 3 min 379 ton soğan daxil olub. Nəticədə mart ayında soğan idxalının miqdarı demək olar ki, 73% azalıb.

İdxal qiyməti 2023-cü ilin martında 3,2 dollar, 2022-ci ildə isə 2,6 dollar olub.

  • Rusiya – 1,6 milyon ABŞ dolları dəyərində 4 249 ton
  • Azərbaycan – 703,6 min ABŞ dolları dəyərində 1869 ton
  • Türkiyə – 336,6 min ABŞ dolları dəyərində 882,6 ton
  • Misir – 216 ton 74,5 ABŞ dolları
  • Hollandiya – 6,3 milyon ABŞ dolları dəyərində 3,6 ton
0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
BÜRCLƏR – 27.04.2023
Öncəki yazı
Bu gün elektrik enerjisi harada kəsiləcək?