This is a specific ad

“SOCAR” müəyyən abonentlər üçün təbii qazın tarifini dəyişir

9

Another advertisement

Yanvarın 1-dən “SOCAR Georgia Gas” MMC və “Sakorqqaz” ASC-nin qeyri-məişət (kommersiya) müştəriləri üçün təbii qazın qiyməti dəyişəcək.

2024-cü il yanvarın 1-dən “SOCAR Georgia Gas” MMC və “Sakorggaz” ASC-nin pərakəndə qeyri-məişət (kommersiya) müştəriləri üçün 1 m3 təbii qazın qiyməti ƏDV daxil olmaqla 1,29 (bir lari iyirmi doqquz tetri) lari səviyyəsində müəyyən ediləcək.

Gürcüstan hökumətinin 30 noyabr 2020-ci il tarixli 716 saylı qərarı əsasında dövlət buğda unu subsidiyası proqramı ilə əhatə olunmuş çörək istehsalı müəssisələri üçün qazın qiyməti dəyişməz qalacaq. Həmçinin, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası tərəfindən müəyyən edilən məişət abonentləri üçün tarif dəyişməz olaraq qalır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
“WhatsApp”da çoxdan gözlənilən FUNKSİYA
Öncəki yazı
Trampın toxunulmazlığı ləğv edilib