“SOCAR-Georgia” tələbələrin təhsilhaqqlarının ödənilməsi barədə məlumat yayıb

18

Gürcüstanda fəaliyyət göstərən “SOCAR-Georgia” şirkəti tələbələrin təhsilhaqqı ilə əlaqədar məlumat yayıb.

QafqazTürk.com xəbər verir ki, məlumatda tələbələrin təhsilhaqqlarının necə və hansı yolla ödənilməsini təmin etmələri izah olunub.

Sözügedən məlumatı təqdim edirik:

“Məlum olduğu kimi 2008-2009-cu tədris ilindən etibarən “1+4” proqramı üzrə Gürcüstan dövlət ali təhsil müəssisələrində təhsil alan Gürcüstan vətəndaşı azərbaycanlı tələbələrin təhsil haqqı SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən həyata keçirilir.
Qeyd etmək istəyirik ki, 2022-2023-cü tədris ilindən etibarən soydaş tələbələr tərəfindən sözügedən proqram üzrə edilən müvafiq müraciətlər https://myscholarship.ge/ saytı vasitəsilə həyata keçirilir.
“1+4” proqramı çərçivəsində 2023-2024-cü tədris ilinin 1-ci semestri üzrə soydaş tələbələrin təhsil haqqının ödənilməsi üçün müraciətlər 1 mart tarixindən etibarən başlamışdır və 10 mart tarixində yekunlaşacaqdır.
Bununla əlaqədar, SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən “1+4” proqramı üzrə təhsil haqqının ödənilməsində dəstək istəyən tələbələrin qeyd edilən tarixlərdə göstərilən tələbə portalına daxil olaraq müraciət etmələrinin vacib olduğunu xatırlatmaq istəyirik”.

9
4
Kateqoriya: Təhsil
Sonrakı yazı
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür
Öncəki yazı
Marneulidə qəza hadisəsi baş verib – 1 nəfər ağır yaralanıb