This is a specific ad

SOCAR-DAN SEVİNDİRİCİ XƏBƏR- Bu gün 90 dəqiqə ərzində hər növ yanacağın litrəsini 2 Lariyə endirəcək

21

Another advertisement

“SOCAR Georgia Petroleum”da  bu gün, iyulun 1-də saat 14:00-dan etibarən 90 dəqiqə ərzində hər növ yanacağın litrəsini 2 Lariyə olacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin sosial media hesabında məlumat paylaşılıb.

“Emosiyalara görə təşəkkürlər, fəxrlə ayrılırıq-milli komandamız mümkün olmayanı etdi və Gürcüstanın Avropa çempionatında mübarizə aparmağa layiq olduğunu dünyaya sübut etdi! Biz bu nəticə ilə hələ də inanılmaz qürur duyuruq, azarkeşləri sevindirəcəyik  və iyulun 1-də saat 14:00-dan etibarən 90 dəqiqə ərzində hər növ yanacağı 2 lariyə əldə edəcəksiniz!”.

Oyununuzu izləməyin bütün ölkəyə verdiyi sevincə görə təşəkkür edirik. Yorulmaz mübarizəniz və fədakarlığınız üçün təşəkkür edirik! Sadiq dəstəyiniz üçün azarkeşlərə təşəkkür edirik.
Bu, bizim üçün ilk Avropa Çempionatıdır, növbəti turnirə daha güclü və inamlı qayıdacayıq!” ,- məlumatda deyilir.

Xatırladaq ki, SOCAR  Gürcüstan millisinin İspaniya ilə qarşılaşmasında qalib gələcəyi təqdirdə bütün növ yanacağı 2 lariyə satacağını vəd etmişdi.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“Vahid Milli Hərəkat” Partiyasının ofisinə hücum edilib
Öncəki yazı
İrakli Kobaxidze: Gürcüstan-Amerika münasibətləri yenidən nəzərdən keçirilməlidir