Another advertisement
Sloveniya Xorvatiya və Macarıstanla sərhəd keçid məntəqələrində polis yerləşdirib.
QafqazTürk.com xəbər verir ki,bu barədə məlumatı “Reuters” yayıb.
Məlumata əsasən, Sloveniya hökuməti bu qərarı potensial təhlükənin qarşısını almaqla izah edir.
Polis 14 sərhəd məntəqəsində yerləşdirilib, ölkəyə daxil olan hər bir şəxsi ətraflı yoxlayır və bu da tıxaclara səbəb olur.
Polis oktyabrın 30-dək sərhəddə yerləşdirilmiş olacaq. İtaliya da oxşar qərar qəbul edib.