This is a specific ad

Slovakiyanın paytaxtında etiraz aksiyası baş tutub

43

Another advertisement

Slovakiyanın paytaxtı Bratislavada minlərlə etirazçı Robert Fiko əleyhinə mitinqə toplaşıb.

Reuters-in yazdığı kimi, onlar baş nazir Robert Fikonu rusiyapərəst olmaqda ittiham edirlər.

Etirazçılar Slovakiya və Avropa İttifaqının bayraqlarını dalğalandırıb, əllərində “Slovakiya Ukraynanın yanındadır”, “Rusiya ilə kifayətdir!” kimi şüarlar yazılmış plakatlar tutublar.

Etiraza baş nazir Fikonun ötən ay Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü səbəb olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Şəkərsiz 14 gün: Orqanizmə inanılmaz təsirləri…
Öncəki yazı
Hakan Fidan: Suriya terrorçulardan təmizlənəcək