This is a specific ad

“Slovakiya Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar üçün platforma olmağa hazırdır, biz buna qarşı deyilik”-Vladimir Putin

53

Another advertisement

“Slovakiya Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar üçün platforma olmağa hazırdır, Rusiya buna qarşı deyil”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Mətbuata açıqlama verən Putin Slovakiyanın baş naziri Robert Fizonun Ukraynadakı münaqişənin həlli ilə bağlı Slovakiyada danışıqlar aparmağa hazır olduğunu bildirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Danışıqların keçiriləcəyi yerə gəlincə: bəli, o bildirib ki, əgər söhbət danışıqlardan gedirsə, bu cür danışıqlar üçün platforma kimi öz ölkəsini məmnuniyyətlə təklif edə bilər. Biz bunun əleyhinə deyilik, əgər o yerə çatsaq, niyə də olmasın, Slovakiya neytral mövqe tutur, bu, bizim üçün məqbul variantdır”, – Putin bildirib.

Sonrakı yazı
Bu partiya dövlət maliyyəsi almaqdan imtina edib
Öncəki yazı
“Ən yaxşı prezident Mixail Kavelaşvili olacaq”-İrakli Kobaxidze