• 17 Fevral 2025 16:04

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Slovakiya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

ByNiyazi Yusubov

İyn 21, 2023
Another advertisement

Slovakiya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb – Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib. O, 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdığına görə Slovakiya parlamentinə təşəkkür edib.

“Ukraynadakı aclıq Holokostla yanaşı, Avropa qitəsində bəşəriyyətə qarşı ən faciəli hadisədir. Bu, milyonlarla Ukrayna vətəndaşının, o cümlədən ukraynalı qadınların ölümü ilə nəticələndi. Bu, sovet rejimi tərəfindən kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətini həyata keçirmək və Ukrayna əhalisini və onların etnik kimliyini sıxışdırmaq üçün kinli şəkildə planlaşdırılıb və vəhşicəsinə həyata keçirilib”, – Zelenski yazıb.