Siyasi partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı qanunvericiliyə düzəlişlər paketi təsdiqlənib

19

Parlament 80 səslə yekdilliklə siyasi partiyaların fəaliyyətinin qadağan edilməsi ilə bağlı qanunvericiliyə düzəlişlər paketini təsdiqləyib.

“Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara nəzərdə tutulan dəyişikliklər bu gün üçüncü oxunuşda qəbul edilib.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi artıq qadağan edilmiş bir partiyanın  məqsəd və fəaliyyətini, həmçinin kadr tərkibini təkrar edən partiyaya qadağa qoya biləcək.

Bundan əlavə, layihəyə edilən düzəlişlər çərçivəsində, partiyanın Konstitusiyaya uyğunluğu ilə bağlı iddialara baxılma müddəti də dəyişdirilib. Əvvəl bu müddət seçki dövründə 14 gün, digər hallarda isə 9 ay nəzərdə tutulurdusa, yeni dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsi həm seçki, həm də seçkidənkənar dövrlərdə 14 gün ərzində qərar qəbul etməlidir.

 

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Dimitri Peskov – Rusiya nümayəndə heyəti İstanbulda olacaq və Ukrayna tərəfini gözləyəcək
Öncəki yazı
13 may tarixinə olan valyuta məzənnəsi məlumdur