• 24 Fevral 2025 06:39

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Siyasi məmuru və ya dövlət qulluqçusunu şifahi təhqir etmək 1500-dən 4000 lariyə qədər cərimə və ya inzibati həbslə nəticələnəcək

ByNiyazi Yusubov

Fev 3, 2025
Another advertisement

Siyasi xadimə, siyasi məmura, habelə dövlət qulluqçusuna qarşı şifahi təhqir və ya digər təhqiredici hərəkətlər inzibati məsuliyyətə səbəb olur.

 

“Gürcü Arzusu” tərəfindən hazırlanan və artıq Parlamentdə başlanılan “İnzibati Xətalar Məcəlləsi”nə planlaşdırılan dəyişikliklərə əsasən, belə bir hərəkət 1500 laridən 4000 lariyə qədər cərimə və ya 45 günə qədər inzibati həbslə nəticələnəcək.

 

Həmin layihəyə əsasən, yuxarıda qeyd olunan inzibati xətaya görə inzibati tənbeh tətbiq edilən şəxs tərəfindən pozuntunun törədilməsi 2500-6000 lari məbləğində cərimə və ya 5 gündən 60 günədək müddətə inzibati həbslə nəticələnəcək.

 

Siyasi vəzifəli şəxsi və ya dövlət qulluqçusunu təhqir etmə 3 ilədək müddətə silah gəzdirmə hüququndan məhrum etmə ilə cəzalandırılacaq.

 

“Gürcü Arzusu”nun layihəsində inzibati həbsin 60 günə qədər artırılması da nəzərdə tutulub. Bundan başqa, xırda xuliqanlıq, polis əməkdaşına müqavimət, toplaşma və nümayiş qaydalarını pozmağa görə sanksiyalar sərtləşdirilir.

 

Parlament layihəyə sürətləndirilmiş qaydada baxacaq.