This is a specific ad

Sistem qeydiyyatı zamanı ailə tərəfindən leqallaşdırılan torpağın sosial yardımın verilməsinə təsir edə bilərmi?

64

Another advertisement

Gürcüstan hökumətinin “Ölkədə yoxsulluğun səviyyəsinin azaldılması və əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2010-cu il 24 aprel tarixli 126 nömrəli qərarında dəyişikliklər daxil edilib.

20 dekabr tarixli sənədə əsasən, “Sosial az təminatlı ailələrin vahid məlumat bazasının formalaşdırılması qaydaları”nda dəyişiklik edilir.

Dəyişiklik xüsusilə, iş sistemli qeydiyyat çərçivəsində leqallaşdırılan torpaqlara aiddir.

Qərarda qeyd olunur ki, ailələrin sosial-iqtisadi vəziyyəti qiymətləndirilərkən qeyd olunan əmlaklar 2026-cı ilə qədər nəzərə alınmayacaq.

“2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək daşınmaz əmlaka mülkiyyət hüquqlarının sporadik qeydiyyat və ya sistematik qeydiyyat çərçivəsində ilkin qeydiyyatı həmin dövrdə əhalinin sosial-iqtisadi vəziyyəti qiymətləndirilərkən nəzərə alınmır”, – qərarda deyilir.

Kateqoriya: Cəmiyyət, Marneuli, Region
Sonrakı yazı
Rusiya İslam Şurası Rusiya qanunlarına zidd olan qaydanı dəstəkləyib
Öncəki yazı
“Partnyorlarımızın yeni seçkilər tələb etməsinin vaxtı çatıb”-Salome Zurabişvili