Another advertisement
Şirin bir xatirətək qalacaqdır dünyada
Gürcüstan, Borçalı ozan-aşıq sənətinə ağır itki üz vermişdir: “Ustad nəfəsi”, “Ruhani’m ruha dərmandı”, “Telli sazdı yarım mənim” kimi yaddaqalan kitablar müəllifi, Xındı Məmməd və Aşıq Kamandar yadigarı, böyük ədəb-ərkan sahibi, yetişdirdiyi şəyirdləri ilə yaddaşlara köçən ustad aşıq Ziyəddin Borçalı (Keşəli) vəfat edib.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, Aşıq Ziyəddinin ailəsinə, doğmalarına, dostlarına, ozan-aşıq camiəmizə dərin hüznlə başsağlığı veririk, uca Allahdan səbir diləyirik!
Unudulmaz Səməd Vurğun demiş:
Şirin bir xatirətək qalacaqdır dünyada, Sevərək yaşayanlar, sevilərək ölənlər!
Məkanın cənnət olsun, ustad!
Allah rəhmət eləsin!