Siqaretin aksiz vergisi, oyun biznesində isə mənfəət vergisi artırılacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze çoxluq iclası başa çatdıqdan sonra məlumat verib.
Mamuka Mdinaradzenin sözlərinə görə, “Vergi qanunu”na edilən dəyişikliklər həm də büdcə vəsaitlərinin cəlb edilməsi baxımından əhəmiyyətlidir.
“Rəhbərlik komandası vergi məcəlləsində dəyişikliklərin edilməsi, siqaret və Aikos üçün aksiz vergisinin artırılması barədə qərar qəbul edib ki, bu da Aikos üçün 15 tetri, siqaretlər üçün 20 tetri olacaq.
Həmçinin, oyunların təşkilatçılarından alınan mənfəət vergisinin 5% artması çox vacibdir. Mənfəətlə əlaqədar olaraq, bankların vergi tənzimlənməsi olduğu kimi, oyun biznesi, onlayn kazinolar da eyni olacaq.
Estoniya modelinə görə, bu biznes belə vergidən azad edilib. Xüsusilə gənclərlə bağlı müəyyən risklər azaldılmalıdır. Digər həll yolu gözlədiyimiz nəticəni vermədi. Həmçinin büdcə vəsaitlərinin cəlb edilməsi baxımından bu, çox vacib dəyişiklikdir”, – deyə Mamuka Mdinaradze bildirib.