This is a specific ad

Sinqapur şirkəti: Orta dəhlizi “yaşıl yol”a çevirmək istəyirik

297

Another advertisement

Beynəlxalq nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkət “Global DTC Pte Ltd” COP29-da təşəbbüs irəli sürmək və Orta Dəhlizi “yaşıl yola” çevirməyi planlaşdırır.

QafqazTürk Media xəbər verir ki, bunu şirkətin Proqramların İnkişafı Şöbəsinin rəhbəri Janar Bağaşarova Bakıda “Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri” mövzusunda keçirilən “Qara dəniz-Xəzər Logistika Forumu 2024” tədbirində deyib.

O, hazırda Türkiyə və Avropa ilə yaxından əməkdaşlıq etdilərini bildirib:

Orta Dəhlizin dayanıqlılığını artırmaq məqsədilə, DTC COP29-da təqdim etmək üçün təşəbbüs hazırlayır. Təşəbbüsün əsas məqsədi, Orta Dəhlizin “yaşıl yol” kimi istifadəsini nümayiş etdirmək, karbon emissiyalarının azaldılmasını qiymətləndirmək və karbon izini azaltmaq üçün təşəbbüsləri irəli sürməkdir”.

Xarici qonaq qeyd edib ki, təmsil etdiyi şirkət Orta Dəhliz boyunca yerləşən ölkələrin, xüsusən də Qazaxıstan, Azərbaycan və Gürcüstanın inteqrasiyasına diqqət yetirir:

“Hazırda texniki inteqrasiyanı müvəffəqiyyətlə həyata keçirmişik, yüklərin izlənilməsi funksiyasını Qazaxıstan Dəmir Yolları , “Java” Çatdırılma Xidməti və “Java” ilə birgə platformamızda əlavə etmişik. Əsas nailiyyətlərdən biri, Qazaxıstan və Çin sərhədində proseslərin şəffaflığını təmin edərək Qazaxıstanı “boz zona”dan çıxarmaq olub. Bu, rəqəmsal gömrük həllinin tətbiqi ilə mümkün olub”.

Kateqoriya: Dünya, İqtisadiyyat
Sonrakı yazı
Birinci sinif şagirdlərinin məktəbə qəbulu üçün yaş həddi dəyişəcək
Öncəki yazı
Paşinyan Ermənistanın Azərbaycanın təbii qazını almağa hazır olduğunu bildirib