Milli Ekologiya Agentliyinin məlumatına görə, bu gün Gürcüstanın əksər rayonlarında yağış, şərqdə dolu yağacağı gözlənilir. Qərbi Gürcüstanda havanın temperaturu 28-33 dərəcə, Şərqi Gürcüstanda isə 33 dərəcə isti olacaq.
Paytaxtda da yağış gözlənilir və maksimal temperatur 35 dərəcə təşkil edəcək. Sinoptiklərin məlumatına görə, iyunun 14-dən ölkə ərazisində hava şəraitinin pisləşəcəyi, yağış yağacağı, temperaturun aşağı düşəcəyi gözlənilir.