Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti…

47

Gürcüstanda hava şəraiti pisləşəcək.

Milli Ekologiya Agentliyinin məlumatına görə, mayın 10-u gündüzdən 14-ü gündüzədək Gürcüstanda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü külək olacağı gözlənilir.

Onların fikrincə, gözlənilən yağıntılar Gürcüstan çaylarında sululuğun əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq zonalarında sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi ortadır).

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Batumi Dövlət Universitetində Heydər Əliyevin xatirəsi anılıb
Öncəki yazı
Qarşıdurma 3 nəfərin yaralanması ilə nəticələnib