Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 3-4 sentyabr tarixlərində Gürcüstanda fasilələrlə yağış yağacağı və ildırım çaxacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dolu və güclü külək olacağı proqnozlaşdırılır. Dənizdə 3-4 ballıq fırtına gözlənilir.
Gözlənilən yağıntılar kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və çay daşmaları kimi proseslərin başlanmasına səbəb ola bilər. Təhlükə səviyyəsi orta qiymətləndirilir.