Another advertisement
Martın 22-dən 24-ü səhərədək Gürcüstanda fasilələrlə yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü duman olacağı gözlənilir.
QafqazTürk.com xəbər verir ki,bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Sinoptiklər əhaliyə xəbərdarlıq edib ki,Gürcüstan çaylarında gözlənilən yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə, dağlıq rayonlarda isə uçqunların yaranmasına səbəb ola bilər.
Eyni zamanda bildirilir ki,görünmənin pisləşməsi və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündürb