Gürcüstanda pis hava şəraiti iyulun 17-dək davam edəcək, iyulun 18-dən isə bütün ölkədə hava düzələcək.
“Sabah günortadan başlayaraq iyulun 17-si günün sonuna qədər Qərbi Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərqi Gürcüstanda isə yüksək temperatur +36+37 dərəcə olacaq.
İyulun 19-da Qərbi Gürcüstanda hava əsasən yağmursuz keçəcək. İyulun 20, 21, 22-də yenidən zəif, qısamüddətli yağış yağa bilər.
Sahil zolağına gəlincə, ayın 15-dən 17-dək yağış yağacağı gözlənilir”, – sinoptiklər bildiriblər.