This is a specific ad

Şimali Koreyadan atılan zibillə dolu şar Cənubi Koreya prezidentinin iqamətgahı ərazisinə düşüb

114

Another advertisement

Şimali Koreyadan atılan zibillə dolu şar Cənubi Koreya prezidentinin iqamətgahı ərazisinə düşüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi xəbər verir.

Cənubi Koreya prezidentinin təhlükəsizlik xidmətinin məlumatına görə, kimyəvi, bioloji və radioloji cavab qrupları ərazini yoxlayıb və şarın təhlükə yaratmadığını müəyyən ediblər.

Məlumat üçün bildirək ki, may ayından Şimali Koreya Cənubi Koreya istiqamətində zibillə doldurulmuş minlərlə şar havaya buraxıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ağıllı qaz sayğaclarının quraşdırılması məcburi olur – dəyişiklik kimlərə şamil ediləcək
Öncəki yazı
Marneuli bələdiyyəsində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib