This is a specific ad

Şimali Koreya Cənubi Koreyanı “düşmən dövlət” elan edib

260

Another advertisement

Şimali Koreya ölkə konstitusiyasına dəyişiklik etməklə Cənubi Koreyanı “düşmən dövlət” kimi elan edib.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, oktyabrın 15-də “Koreyalar”ı birləşdirən bəzi yolların partladılması konstitusiya dəyişikliyinə əsasən, “qaçılmaz və qanuni tədbir” kimi qəbul edilir.

Xatırladaq ki, yanvar ayında Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “daimi düşmən” kimi təyin etmək üçün konstitusiyaya dəyişiklik olunmasını tələb etmişdi.

Kateqoriya: Dünya
Sonrakı yazı
Sonrakı günlərdə ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb
Öncəki yazı
“Xarici təsirin şəffaflığı haqqında” qanuna riayət edən QHT-lərin sayı etiraz edənlərdən çoxdur