Another advertisement
Şimali Koreya ölkə konstitusiyasına dəyişiklik etməklə Cənubi Koreyanı “düşmən dövlət” kimi elan edib.
QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, oktyabrın 15-də “Koreyalar”ı birləşdirən bəzi yolların partladılması konstitusiya dəyişikliyinə əsasən, “qaçılmaz və qanuni tədbir” kimi qəbul edilir.
Xatırladaq ki, yanvar ayında Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “daimi düşmən” kimi təyin etmək üçün konstitusiyaya dəyişiklik olunmasını tələb etmişdi.