“Silknet” dən 33 min nəfərin şəxsi məlumatları sızdırılıb

1

“Silknet” telekommunikasiya şirkətindən böyük həcmdə məlumat sızdırılıb.Söhbət internetdə qanunsuz olaraq yayılan 33 min nəfərin şəxsiyyət vəsiqəsinin surətlərindən gedir.

 

QafqazTürk.com “Azadlıq” radisouna istinadən xəbər verir.

 

“Silknet” istifadəçilərin məlumatlarının sızdığını təsdiqləyir, lakin sızmanın miqyası və digər təfərrüatlar barədə suallara cavab vermir və hadisə ilə bağlı açıqlama yaymağı planlaşdırdıqlarını bildirir.

 

Məlumata görə, sözügedən şirkətdən  sızan məlumatlar onların ilkin yükləndiyi platformada artıq silinib, baxmayaraq ki, məlumatların surətlərinin olub-olmadığı məlum deyil.

 

Martın 19-dan etibarən “Silknet”dən sızan məlumatlar ilkin yükləndiyi platformada artıq silinib. Gələcəkdə qeyri-qanuni şəkildə əldə edilə biləcək məlumatların surətlərinin olub-olmadığı məlum deyil.

 

Fərdi Məlumatların Mühafizəsi Xidməti bildirir ki, onlar məsələni iki istiqamətdə öyrənirlər: məlumatların təhlükəsizliyi tədbirlərinə riayət olunması və insident barədə Fərdi Məlumatların Mühafizəsi Xidmətinə məlumat vermək öhdəliyinin yerinə yetirilməsi ilə bağlı.

 

Məlumat sızması, şirkət daxilində qorunan məlumatın şirkətdən yan keçərək üçüncü şəxs tərəfindən icazəsiz alınması halıdır. Bu məlumatlara şəxsi, kredit-maliyyə və ya digər əlaqəli məlumatlar da daxil ola bilər.

 

Məlumat üçün bildirək ki,”Silknet” telekommunikasiya şirkəti bir milyondan çox müştəriyə xidmət göstərir. Şirkətin öz saytında dərc etdiyi 2023-cü ilin dekabr məlumatlarına əsasən, Silknet:

1 859 784 mobil şəbəkə abunəçisi;
154 555 stasionar şəbəkə abunəçisi;
339 452 sabit genişzolaqlı abunəçi;
259 673 ödənişli TV istifadəçisi.

 

 

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
ნოვრუზ ბაირამი 2024 • Novruz Bayramı 2024
Öncəki yazı
სამეგრელოში ქალმა სახლში შეჭრილი ნიღბიანი მამაკაცი სცემა