• 23 Fevral 2025 23:36

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Silahlı şəxs xəstəxanada insanları girov götürüb, polis məmuru öldürülüb

ByTürkan Şahverdova

Fev 23, 2025
Another advertisement

Silahlı şəxs ABŞ-ın Pensilvaniya xəstəxanasında insanları girov götürüb.

Reuters-in məlumatına görə, Endryu Duarte adlı bir polis əməkdaşı həlak olub. Agentliyin məlumatına görə, hücum edən şəxs məhv edilib. Rayon prokuroru deyir ki, hücum edən şəxs dünən xəstəxanaya daxil olub və reanimasiya şöbəsinin əməkdaşlarını girov götürüb. KİV-in məlumatına görə, beş nəfər yaralanıb. Onların arasında tibb bacısı, təmizlikçi və həkim də var.