This is a specific ad

“Silahlar haqqında” qanuna dəyişiklik əlavə olunur

409

Another advertisement

Daxili İşlər Nazirliyi “Silahlar haqqında” qanuna əlavə ediləcək dəyişiklik barədə qanunvericilik paketini Parlamentə təqdim edib.

QafqazTürk Media xəbər verir ki, qanunvericilik paketinə əsasən, dəyişiklik silah sahibinin ruhi xəstəliyi, həmçinin alkoqolizm, narkomaniya və ya toksiki asılılığı ilə əlaqəli olacaq.

Layihəni nəzərə alaraq, qeyd olunub ki, bu hallardan hər hansı birinin baş verməsi barədə məlumatların vahid məlumat bazası vasitəsilə əldə edildiyi halda, silahın alınmasına (saxlamaq və gəzdirmək hüququ ilə) lisenziyanın və ya icazənin hüquqi qüvvəsi avtomatik olaraq dayandırılacaq.

Daha dəqiq desək, Daxili İşlər Nazirliyinin xidmət orqanı silahı olan vətəndaşın sağlamlıq vəziyyətinin yerində olmaması barədə 48 saat ərzində Daxili İşlər Nazirliyinin müvafiq ərazi polis bölməsinə məlumat verməlidir. Məlumat verildikdən sonra isə silahın lisenziyası/icazəsi dayandırılacaq.

Xəbərdarlıq aldıqdan sonra Daxili İşlər Nazirliyinin ərazi polis bölməsinin səlahiyyətli şəxsi silah sahibinin yaşayış yerinə/silahın saxlandığı yerə gedərək, vətəndaşa lisenziya /icazənin dayandırılması barədə məlumat veriləcək. İcazənin dayandırılması barədə bildirişlə yanaşı, səlahiyyətli şəxs silahı müsadirə edəcək.

Şəxs silahı müsadirə etmək üçün Daxili İşlər Nazirliyinin ərazi orqanının səlahiyyətli şəxsini yaşayış yerinə/silahın olduğu əraziyə getməyə icazə vermədiyi (müqavimət göstərdiyi) təqdirdə Daxili İşlər Nazirliyinin ərazi orqanının səlahiyyətli şəxsi “Polis haqqında” Qanuna uyğun olaraq məcburi tədbirlərdən istifadə etmək hüququna malik olacaq.

Silahın lisenziyasının/icazəsini dayandırılmasının səbəbləri aradan qalxdıqdan və vətəndaş ərazi polis bölməsinə məlumat verdikdən sonra vahid informasiya bazasında şəxs haqqında müvafiq məlumatların redaktə edilməsi, silinməsi və s. baş tutacaq.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ABŞ Rusiyanın yeni nüvə silahlarının ehtimal olunan yerini aşkarlayıb
Öncəki yazı
“Silahlar haqqında” qanuna dəyişiklik əlavə olunur