This is a specific ad

“Siğnaği Teatr Festivalı” Marneuli Mədəniyyət Mərkəzinin teatr truppasının ,,Marina Reviya,, tamaşası ilə açılıb

45

Another advertisement

Mədəniyyət Nazirliyinin təsis etdiyi “Siğnağinin Teatr Festivalı” Marneuli Munisipalitetinin Mədəniyyət Mərkəzinin teatr truppasının ,,Marina Reviya,, tamaşası ilə açılıb.

“Reviya” – bir pərdəli dram – 15 illik dustaqlıqdan sonra evə qayıdan ananın övladları ilə görüşünün hekayəsindən bəhs edir.

Tamaşada iştirak edirdilər: Marina Coxadze, Tatia Tataraşvili, Zura Xaptani, Ketevan Abaşidze. Rəssam – Tariel Qeliaşvili, xoreoqraf – Kote Purtseladze.

“Siğnağinin teatr festivalı” müsabiqə xarakteri daşıyır. Üç tənqidçi və iki rejissordan ibarət münsiflər heyəti birinci, ikinci və üçüncü yerləri tutan teatrları seçəcək.

Qalib tamaşalara pul mükafatları və ,,Zərəfxana,, şirkətinin xüsusi olaraq festival üçün hazırladığı mükafatlar təqdim olunacaq.

Festivalın məqsədi ölkədə həvəskar teatr truppalarını dəstəkləmək və onların Gürcüstan teatr dünyasına inteqrasiyasına təkan verməkdir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Gürcüstan vətəndaşlığı almaq prosedurları sadələşdirilir
Öncəki yazı
Aşağı Qoşakilsə kəndindən olan idmançılar çempionatda qələbə əldə ediblər – FOTO