Sevginiz sonsuz, mərhəmətiniz bol olsun!

69

Sevginiz sonsuz, mərhəmətiniz bol olsun!

Dəyərli dostlar!

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə soydaşlarımızı, müsəlman bacı-qardaşlarımızı ürəkdən təbrik etmiş, hər kəsə ən səmimi arzu və diləklərimizi yetirmişdik.

Bəllidir ki, müqəddəs Qurban bayramının əsasında uca Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. Niyyətdən asılı olaraq, qurbandan bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır.

Biz, GAK olaraq, təşkilatımız, yaradıcı heyətimiz adından bu bayramı mərhəmət və şəfqətin təntənəsinə çevirən bütün fərqli təşkilatların, kənd-kənd, məhəllə-məhəllə gəzib qurban payı paylayanların hər birinə ürəkdən “Allah qəbul eləsin!”, “Sağ olun” deyirik!

Bu sıradan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Faiq Nəbiyevə, müftisi dəyərli hacı Etibar Eminova, həmin idarənin əməkdaşlarına, “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı”nın rəhbəri dəyərli Musa Hacıyevə və rəhbərlik etdiyi təşkilatın əməkdaşlarına da dərin təşəkkürlərimizi bildiririk!

Onlar bu bayram günlərində hər cür fədakarlığa Allaha xatir hazır olduqlarını bir daha göstərdilər.

Allah onların hər birindən razı olsun!

Dəyərli dostlar!

Etdiyiniz dua və niyyətlər Tanrı dərgahında qəbul olunsun, hər birinizin ailənizdə firavanlıq, süfrələrinizdə xeyir-bərəkət olsun!

Bir daha bayramınız mübarək!

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
სომხეთის ნაღმური ტერორი გრძელდება
Öncəki yazı
Ermənistanın mina terroru davam edir