“Sevgililər Günü” faciə ilə sonlanıb-Cütlük bir-birini çəkiclə qətlə yetirib

141

Sevgililər Oryol vilayətinin Zareçeye kəndində qaldıqları mənzildə ölü tapılıblar. Onlar eyni çəkiclə bir-birlərini öldürüblər.

31 yaşlı qız 33 yaşlı sevgilisi ilə istirahət edərkən, cütlük naməlum səbəbdən dava edib. Yaxınlıqda növbə ilə istifadə etdikləri çəkic tapıblar. Cütlük qan itkisindən birlikdə dünyasını dəyişib.

Mərhumların meyitləri otaqdakı divanda, yanında qanlı alətlə tapılıb. Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Onların ölümünün dəqiq səbəblərini məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Fevral ayının sonu bu 3 bürcə böyük xoşbəxtlik gətirəcək
Öncəki yazı
Son on ayda Alyaskada seysmik aktivlik vulkan püskürməsinin əlaməti ola bilər-Alimlərdən xəbərdarlıq